Robert Prosineçki: "Bizi daha çox öz hazırlıq səviyyəmiz maraqlandırır"

21:52 7 Oktyabr 2016

“Komanda 5 gündür hazırlığa başlayıb. Hazırlıq prosesindən razıyam. Düzdür, zədəli futbolçularımız olduğu üçün tam heyətlə məşq edə bilməmişik. Amma seçmə mərhələdə ilk ev oyunumuzda qələbə qazanmaq istəyirik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki deyib.


Xorvatiyalı baş məşqçi açıqlamasında Norveç yığmasının güclü olduğunu vurğulayıb:


"Norveç yığmasının güclü rəqib olduğunu bilirik. Seçmə mərhələyə Almaniya yığmasına məğlubiyyətlə başlamalarına baxmayaraq, rəqibimizin heyətində Avropanın bir sıra tanınmış komandalarında çıxış edən futbolçular var. Bununla belə, bizi daha çox öz hazırlıq səviyyəmiz maraqlandırır. Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Komandama güvənirəm. İnanıram ki, Norveç yığması ilə oyundan sonra azarkeşlərin Azərbaycan milli komandasına münasibəti yaxşı mənada bir qədər də dəyişəcək. Azarkeşlərdən stadiona gələrək millini dəstəkləmələrini xahiş edirəm”. 


Digər xəbərlər

Xəbər xətti