Prosineçki start heyəti açıqladı

22:53 7 Oktyabr 2016

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah doğma meydanda Norveçi qəbul edəcək.
 

Sportarena.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında baş məşqçi Robert Prosineçki sabahkı oyunda meydana buraxacağı heyəti açıqlayıb:
 

Mən bilirəm ki, sabah kimin oynayacağı hər kəsi maraqlandırır. Dediyim kimi,komanda yaxşı hazırlaşıb. Şükürlər olsun ki, zədəli futbolçularımız da oynamağa hazırdırlar. Üzümü futbol azarkeşlərinə tutub demək istəyirəm ki, sabah bizə dəstək olsunlar. Mən inanıram ki, sabahkı gündən sonra millinin oyunlarına maraq daha da artacaq və millinin oyunlarına bilet tapmaq çətin olacaq. Sabahkı oyunda isə bu futbolçulara yer verəcəm: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Qara Qarayev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.


Xəbər xətti