Maksim Medvedev: "Bu komandaların gücünü eyniləşdirmək olmaz"

00:01 8 Oktyabr 2016

“Bu oyunun bizim üçün nə dərəcədə vacib olduğunu çox yaxşı anlayırıq. Seçmə mərhələnin ilk oyununda San Marino yığmasına qalib gəlmişik. Yolumuza elə beləcə də davam etmək istəyirik".


Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç yığmasına qarşı keçiriləcək oyundan öncə mətbuat  konfransında söyləyib.


"Bilirik ki, Norveç yığması ilə San Mariono komandasının gücünü eyniləşdirmək olmaz. Amma biz də yaxşı hazırlaşmışıq və son dövrlərdə göstərmişik ki, istənilən rəqibə qarşı oynaya bilirik. Sabah da uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”.


Digər xəbərlər

Xəbər xətti