"Atletiko"da yeni müqavilə

17:18 8 Oktyabr 2016

İspaniyanın “Atletiko” futbol klubu kapitanı Qabi ilə müqaviləni uzadıb.


Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2018-ci ilədək uzadılıb. Onun mövcud müqaviləsi 2017-ci ilədək idi.


Qeyd edək ki, ispaniyalı futbolçu 2011-ci ildən Madrid klubunda çıxış edir. Bu müddət ərzində "Atletiko"nun heyətində 171 oyun keçirən futbolçu 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti