"Qarabağ"ın futbolçusundan alqışalayiq addım - FOTO

03:25 10 Oktyabr 2016

"Qarabağ"ın və millimizin futbolçusu Qara Qarayev şəxsi "instagram" hesabında maraqlı paylaşım edib.


Sportarena.az xəbər verir ki, futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazanılan 1:0 hesablı qələbədən sonra sözügedən sosial şəbəkədə "Qəbələ"nin və millimizin sabiq üzvü, hazırda həbsdə olan Cavid Hüseynovun şəkilini paylaşıb. O, paylaşdığı şəkildə Cavid Hüseynovun da millimiz üçün çox əziyyət çəkdiyini vurğulayaraq, futbolçuya səbr arzulayıb: 
"Millidə sənin də əziyyətin az olmayıb. Sən heç vaxt yadımızdan çıxmırsan. Allah sənə səbr və güc versin", - deyə Qarayev qeyd edib.Qeyd edək ki, jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
 

Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.


Digər xəbərlər

Xəbər xətti