"Neftçi"li oynadı, İtaliya qalib gəldi

13:11 10 Oktyabr 2016

Makedoniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib."Neftçi"nin müdafiəçisi Vançe Şikovun komandası doğma meydanda İtaliya ilə qarşılaşıb.
G qrupu çərçivəsində baş tutan qarşılaşmada qapılara 5 qol vurulub. Makedoniyalılar bu görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.
Start heyətdə meydana çıxan Şikov sonadək mübarizə aparıb.


Digər xəbərlər

Xəbər xətti