Tahir Süleymanov yaralanan azarkeş üçün millinin məşqçi və futbolçu heyətinə müraciət etdi

15:10 10 Oktyabr 2016

Azərbaycan – Norveç matçından öncə Bakı Olimpiya Stadionuna gedərkən körpüdən yıxılan azarkeşlə bağlı futbol mütəxəssisi Tahir Süleymanov millimizin məşqçi, futbolçu heyətinə öz şəxsi "facebook" hesabından müraciət ünvanlayıb.

Sportarena.az olaraq müraicəti olduğu kimi təqdim edirik:

"Azarkeşimiz Zahidov Nahid Azərbaycan - Norveç oyununa gedərkən Olimpiya stadionunun yaxınlığındakı körpüdən yıxılaraq ağır vəziyyətdə əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. 
Milli komandanın üzvlərinə, məşqçi, futbolçulara müraciət edirəm. Ağır durumda olan azarkeşimizin bütün xərclərini qarşılayın. Ehtiyac olarsa dünyanın ən aparıcı klinikalarında əməliyyat, müalicə, tam bərpasını təmin edin. Bunun üçün sizlərin yetərincə maliyyə imkanlarınız var. Norveçlə oyuna görə alacağınız mükafatın az qismi yetərlidi. Azarkeşimiz futbola, Azərbaycana, sizlərə görə stadiona gəlirdi... İnanıram ki, bu nəcib addım atılacaq.
ALLAH şəfa versin."


Digər xəbərlər

Xəbər xətti