Millimiz məğlubiyyətləri sıralayır

21:09 10 Oktyabr 2016

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.


Sportarena.az xəbər verir ki, Polşa komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.


Komandamız turnirdə son oyununu oktyabrın 13-də Estoniya yığmasına qarşı keçirəcək.


Qeyd edək ki, millimiz bu turnirdəki ilk görüşündə Macarıstana 0:3 hesabı ilə uduzmuşdu.


Xəbər xətti