Çexiya millisinin hücumçusu: "Sabah çox şey həll olunacaq"

21:55 10 Oktyabr 2016

Çexiya millisinin futbolçusu Radoslav Kreç DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla sabahkı oyunla bağlı fikirlərini açıqlayıb.


Sportarena.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfranslnda o, azərbaycanlı jurnalistlərin də suallarını cavablandırıb.


- Deməzdim ki, sabahkı oyun ən vacibdi. Düzdü, ilk iki oyunda qalib gələ bilmədik. Ancaq əminəm ki, sabahkı oyunda qalib gələcəyik.

- Azərbaycanın qrupda birinci pillədə qərarlaşması sənin üçün sürpriz deyil ki? Bir də, nə etmək lazımdı ki, qarşıdakı oyunlarda xal itirməyək?

- Sürpriz deyil. Ancaq iki oyunda Azərbaycanın 6 xal toplaması onlar üçün yaxşı vəziyyətdi.

- Azərbaycanın qrupda Çexiyadan yüksək pillədə olması sizə əlavə təzyiq deyil ki?

- Yox, bu, bizim üçün təzyiq deyil.

- Rəqibin oyununda sizi ən çox təəccübləndirən nə idi?

- Onların əsas üstünlüyü müdafiə xəttidi. Onlar həmçinin müdafiədən əks-hücuma yaxşı çıxırlar.

- Sabahkı oyunda mütləq qalib gəlməlisiz. Bunu dərk edirsiz?

- Əlbəttə, bunu qəbul edirik. Sabah çox şey həll olunacaq. Hər şansımızdan istifadə edərək, qalib gəlməyə çalışacağıq.

- Milli son iki oyunda qol vura bilmədi. Bunun səbəbi nədi?

- İlk oyunda şanslarımız olsa da, dəyərləndirə bilmədik. İkinci oyunda isə şans qazana bilmədik. Ancaq biz hücumçular əlimizə düşən imkanladan istifadə etməliyik.


Xəbər xətti