İslamı təhqir edən idmançıya şillə kimi cavab

16:52 11 Oktyabr 2016

İslam dininə lağ etdiyi görüntüləri ortaya çıxan böyük britaniyalı gimnast Luis Smitin sponsoru onunla müqaviləni ləğv edib.

Rio-2016 Olimpiadasının da iştirakçısı olan məşhur gimnast çirkin hərəkətinin həmən ardından sərt reaksiyalarla qarşılaşıb. Smit daha sonra sosial şəbəkə hesabından müsəlmanlara üzrxahlıq paylaşımı edib.

Lakin gimnastın üzrü belə onu "xilas edə bilməyib". Belə ki, Smitin sponsorlarından olan "Milano Pro Sport" şirkəti sözügedən videogörüntülərdən dərhal sonra gimnastla sponsorluq müqaviləsini ləğv edib.

//Milli.Az


Xəbər xətti