"Terim istefa verməyəcək"

18:08 11 Oktyabr 2016

Türkiyə milli komandası yayda Fransada təşkil olunan Avropa çempionatından sonra hazırda davam edən DÇ-2018-in seçmə mərhələsində də uğursuz çıxış edir. 

Son olaraq İslandiya millisindən alınan məlubiyyət futbol ictimaiyyəti ilə yanaşı azarkeşləıri də ayağa qaldırıb. Hər kəs günahı Fatih Terimdə görür və onun istefasını tələb edirlər. 

Ancaq Sərvət Yardımçı mütəxəssisin istefasının gündəmdə olmadığını deyib: "Məncə, Fatih Terimin üzərinə çox gedirik. Çox danışıldı, ancaq bundan sonra danışmaq lazım deyil. İndi edəcək bir şey yoxdu. Baş məşqçi tam gücünü oyunlara sərf etmişdi. Sabah növbəti görüşümüz olacaq və danışacağıq. Onun istefası gündəmdə deyil. Dediyim kimi, sonuna qədər Terimin arxasındayıq”.


Digər xəbərlər

Xəbər xətti