Millimiz qrupda 4-cü oldu

23:04 11 Oktyabr 2016

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində milli komandamızın yer aldığı VII qrupda mübarizəyə yekun vurulub.


Qrupun lideri Almaniya Avstriyaya qalib gəlib - 4:1.


Millimiz üçün mühüm əhəmiyyət kəsb edən oyunda isə Rusiya Finlandiya ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.


Beləliklə, Yaşar Vahabzadənin komandası 9 xalla qrupu 4-cü pillədə tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti