Rəşad Sadıqov: "Ürəyim partlayırdı"

10:29 12 Oktyabr 2016

“Uşaqlar əjdaha kimi vuruşdular. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq”. 

Bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan millimiz 0:0 hesablı bərabərliyə razılaşıb.
Zədə səbəbindən matçda iştirak edə bilməyən kapitan oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Meydana çıxmaq istəmirdin?
- Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.

- Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin...
- Bu, yalnız fövqəladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.

- Zədən nə dərəcə şiddətlidi? Avropa Liqası matçına çıxa biləcəksən?
- İndi bu suala cavab verə bilmərəm. Məni yox, qəhrəmanları danışdırın, qəhrəmanları.
Mənbə: apasport.az

 


Xəbər xətti