Eddi İsrafilovun adı seks qalmaqalında

12:17 12 Oktyabr 2016

Milli komandamızın və “Kadiz”in yarımmüdafiəçisi Eddi İsrafilovun başı qalmaqaldadır.  İsrafilov porno videonu internetə yaymaqda ittiham olunur.

Belə ki, o sabiq klubu “Eybar”dakı komanda yoldaşları Serji Enrix və Antonio Lunanın 17 yaşlı qızla olan porno video və şəkilləri yayıb. Bu barədə Serji Enrix özü açıqlama verib: “Məsələ artıq həll olmaqdadır. Qızdan, komanda yoldaşlarımızda və azarkeşlərdən üzr istəyirəm.

Belə bir hadisənin baş verməsi yaxşı deyil. Bunu kim yayıb? Əlbəttə ki, Eddi İsrafilov. O, bizim videomuzu görmüşdü. Bu video başqa heç kəsdə yox idi. Onun işidir”. Porno videodakı qız şikayət edərək futbolçulardan 20 min avro alıb. Lakin istintaq davam edir. Qeyd edək ki, bir müddət əvvəl millimizin digər üzvü Pərdis-Fərcad Azad öz şəxsi porno videosunu internetə yaymışdı və onun da məhkəməsi davam edir.(qafqazinfo.az)


Digər xəbərlər

Xəbər xətti