UEFA bizdən yazdı: "Məğlubedilməz Azərbaycan"

13:11 12 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin uğurlu çıxışı dünya mediasının da diqqətini cəlb edib.

Əksər idman sayt və telekanalları Almaniyanın qələbəsi ilə yanaşı, Azərbaycanın tarixi uğurunu da manşetə çıxarıb. “uefa.com” yazır ki, ilk iki oyunda qələbə qazanmaqla tarixi uğura imza atan Azərbaycan futbolçuları, Çexiya qarşısında da bir xal qazanmağı bacarıb. “uefa.com” 1 xalın qazanılmasında qapıçı Kamran Ağayevin xüsusi rol oynadığına diqqət çəkib. Qrupda Almaniyanın 9 xalla birinci, Çexiyanı 5 xal qabaqlayan Azərbaycan millisinin isə ikinci sırada qərarlaşdığı vurğulanıb.

Qitə futbol qurumunun saytı ötən gecə keçirilən oyunları  “İdeal Almaniya və məğlubedilməz Azərbaycan” başlığı ilə dəyərləndirib.

 


Digər xəbərlər

Xəbər xətti