AAAF Holdinq: "Bəziləri rəqabət apara bilmədiklərindən qara yaxmağa başlayıblar"

15:00 12 Oktyabr 2016

Azərbaycanın ən sürətli inkişaf edən və böyük şəbəkəsi olan AAAF Park Yaşayış Kompleksinin uğurlu addımları bir çoxlarını narahat edir. Deyəsən, “AAAF Holdinq”in həyata keçirdiyi yeniliklər rəqiblərinin mənfi mənada hərəkətə keçirib. Onlar qeyri-ciddi kütləvi informasiya vasitələrində yalan, böhtan, şər dolu məlumatlar dərc etdirməyə, bunu əlavə pul xərcləyərək sosial şəbəkələrdə də yaymağa başlayıblar.

“AAAF Holdinq”ə bağlı olan “AAAF Media” MMC -nin direktoru Rəşad Əliyev bildirib ki, yalan məlumatlar “AAAF Park” layihəsi ilə rəqabət apara bilməyən rəqiblər tərəfindən ortaya atılır:

“Əvvəllər də bizə böhtan atılan xəbərlər hazırlanaraq yayılıb, əleyhimizə qaralama aksiyası edən rəqiblərimiz olub. Pis niyyətlərinə görə, paylaşmaq, yaymaq yolu ilə AAAF Park əleyhinə addım atanlar öz vicdanları qarşısında cavab verməlidilər. Bugünlərdə yenidən çürümüş və əsassız xəbərləri ortaya çıxarıb feysbuk üzərindən reklam edənlər də o zamanlar bunu edən insanlar ilə eyni düşüncədədirlər. Məqsəd AAAF Park ilə rəqabət apara bilmədiklərindən qara yaxaraq yalan məlumatlara insanlara insanları inandırmaq, ixtişaş, təxribat yaratmaqdır. Ancaq elə bilməsinlər ki, biz boş oturmuşuq. Bunu edənlərin səbəbkarlarını müəyyən etmişik, onlar barəsində hüquqi-mühafizə orqanlarına müraciət edib, işin sonuna qədər gedəcəyik. AAAF Park böyük, böyük olduğu qədər də güclü və əzəmətlidir. Belə iddialarla bizi sarsıdacaqlarını düşünənlər yanılırlar. Bunu edənlər bu açıqlamanı bir siqnal kimi qəbul edə bilərlər. Biz xəbərdarlığımızı etdik”.(marja.az)


Xəbər xətti