"Real"da yeni müqavilə

21:30 12 Oktyabr 2016

Madridin “Real” klubu almaniyalı yarımmüdafiəçi Toni Kroosla müqavilə müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, yeni müqaviləyə əsasən, Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək.

 

26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi “Santiaqo Bernabeu” stadionunda keçirilib.


Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Münxenin “Bavariya” komandasından transfer edilib. Həmin müqaviləyə əsasən Kroos 2020-ci ilədək “Kral” klubunda qalmalı idi.


Digər xəbərlər

Xəbər xətti