Sportarena.az
25 İyun 2017

Rusiya millisinin sabiq baş məşqçisi: "Ramil məhz Rusiyanı təmsil etmək istədiyini aydın şəkildə demişdi"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Dmitri Xomuxa keçmiş yetirməsi Ramil Şeydayevin Azərbaycan yığmasında çıxış etməsinə münasibət bildirib.

 
Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "Russian Today"a müsahibəsində bu xəbərdən çox məyus olduğunu bildirib. Onun fikrincə, Rusiya futbolu perspektivli hücumçusunu itirib: "Ramilin belə qərar verməsinin səbəbini demək çətindir. Valideynlərindən soruşmaq lazımdır. Şeydayevin Azərbaycan pasportu almasına dair söz-söhbətlər onun hələ Rusiyanın yeniyetmələrdən ibarət yığmasında çıxış etməyə başladığı vaxtdan gedirdi. Amma hər hansı razılığın olduğuna dair əsas da yox idi. Ramil məhz Rusiyanı təmsil etmək istədiyini aydın şəkildə demişdi".


Xomuxa Rusiya yığmasından komandanın Avropa çempionatının seçmə mərhələsindəki uğursuz çıxışı səbəbindən kənarlaşdırılıb. Bu komanda rəqiblərindən Azərbaycan millisinə Bakıda böyük hesabla uduzub - 0:3. Yeri gəlmişkən, həmin görüşdə Şeydayev qonşu ölkə komandasının heyətində çıxış edib. Təcrübəli mütəxəssis onu əvəzləyən Nikolay Pisarevin dövründə də Rusiyanın ciddi dəyişikliyə nail olmadığını bildirib: "Baş məşqçi dəyişikliyindən sonra nə dəyişib? Bəlkə Azərbaycanı, Finlandiyanı udublar? Xeyr! Heç bir kardinal dəyişiklik gerçəkləşməyib".
 

Qeyd edək ki, Rusiya yığması Nikolay Pisarevin rəhbərliyi dövründə öz meydanında Azərbaycanla 2:2, Finlandiya ilə 1:1 hesablı heç-heçə edib. (report)

Tarix
13.10.16 [11:06]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio