"Dinamo" - "Qəbələ" matçının hakimləri müəyyənləşdi

16:57 13 Oktyabr 2016

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” ilə “Dinamo” (Moskva, Rusiya) arasındakı cavab matçının hakim təyinatları açıqlanıb.

 
Rusiyada keçiriləcək ikinci oyunu moldovalı hakimlər briqadası idarə edəcək.
 

Oktyabrın 19-da baş tutacaq matçın baş hakimi Dimitru Muntian olacaq. Onun köməkçiləri isə həmyerliləri Vyaçeslav Sivaçev və Anatoli Basyuk olacaq. Oyunun dördüncü hakimi funksiyasını rusiyalı Yuri Baskakov yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti