Alman klubundan türk futbolçuya hörmətsizlik

22:50 13 Oktyabr 2016

“Bayer” Leverkuzendə çıxış edən Hakan Çalhanoğlunun nənəsi Hünkar Çalhanoğlu 65 yaşında vəfat edib. Onun  cənazəsi Bayburtda torpağa verilib. Hakan Çalhanoğlu isə cənazədə iştriak etmək üçün alman klubundan icazə ala bilməyib.Buna səbəb “Bayer” Leverkuzenin 15 oktyabrda “Verder Bremen”lə səfər qarşılaşmasıdır. Bununla da, Hakan dəfn mərasimində iştirak edə bilməyib. Mərasimdə Hakan Çalhanoğlunun Almaniyadan gələn babası və “Günüşhanespor”da forma geyinən qardaşı Muhammet Çalhanoğlu da iştirak edib.


Xəbər xətti