"Real" Ronaldo ilə "nigah" yeniləyir + 2 milyon

23:15 13 Oktyabr 2016

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Sözləşmə 2021-ci ilin yayına qədər nəzərdə tutulacaq. Forvardın məvacibi isə 2 milyon artırılaraq 23 milyon avroya yüksələ bilər.

İspan təmsilçisi ona 2019/20 mövsümünün sonuna qədər müqavilə təklif edirdi. Lakin Ronaldonun agenti Jorje Mendeş sözləşmənin 2021-ci ilə qədər olması üzərində israr edib.

31 yaşlı portuqaliyalının hazırki müqaviləsi 2018-ci ili yayına qədərdir.


Digər xəbərlər

Xəbər xətti