"Qarabağ" - PAOK matçının biletləri satışa nə vaxt çıxarılacaq?

13:50 14 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” Yunanıstan PAOK-unu qəbul edəcək. 


Sportarena.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respubilka stadionunda keçiriləcək.


Artıq bu matçın biletlərinin satışa çıxarılacağı vaxt da bəllidi. Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimovun verdiyi məlumata görə, oyunu stadiondan izləmək istəyənlər biletlər üçün oktyabrın 17-dən etibarən mərkəzi arenanın kassalarına müraciət edə bilərlər. Biletlərin qiyməti 1,2 və 5 manata olacaq. 


Bundan başqa, yunan klubu bu matçda dəsətəksiz qalmayacaq. Qarşı tərəf “Qarabağ”dan 100 bilet istəyib. 


Qeyd edək ki, sözügedən matç oktyabrın 20-də keçiriləcək və saat 21:00-da start götürəcək.(futbolinfo.az)


Xəbər xətti