Yığma Dağıstana gedir

18:05 14 Oktyabr 2016

Oktyabrın 14-16-da Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək. 


Sportarena.az xəbər verir ki, yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 15 güləşçimizin iştirakı planlaşdırılır.
 

Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Mahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev (hamısı 65 kq), Hacımurad Ömərov, Orxan Abbasov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Umar İsrailov (125 kq) mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti