"Qarabağ" - PAOK matçının biletlərinin qiymətləri müəyyənləşdi

18:49 14 Oktyabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" oktyabrın 20-si saat 21:00- da Yunanıstanın PAOK klubunu qəbul edəcək. 


Sportarena.az xəbər verir ki, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.


1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN
8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN
13 və 16 nömrəli sektorlar - 10 AZN
14 və 15 nömrəli sektorlar - 20 AZN
VİP - 50 AZN


Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-si saat 21:00-da Respublika stadionunda start götürəcək.


Xəbər xətti