Klopp ən yaxşı baş məşqçi seçildi

21:51 14 Oktyabr 2016

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusunun və baş məşqçisinin adları açıqlanıb.


Sportarena.az  xəbər verir ki, ən yaxşı baş məşqçi adına “Liverpul”un çalışdırıcısı Yurgen Klopp layiq görülüb. “Qırmızılar” sentyabrda onun rəhbərliyi ilə keçirdiyi hər üç qarşılaşmada qələbə (“Lester” – 4:1, “Çelsi” – 2:1, “Hall Siti” – 5:1) qazanıb.


Ötən ayın ən yaxşı futbolçusu isə “Tottenhem”in hücumçusu Hyun-Min Son seçilib. London klubu ay ərzində keçirdiyi hər 3 görüşdə qələbə qazanıb ki, futbolçu qarşılaşmalarda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilən ilk asiyalı futbolçu olub.


Xəbər xətti