Ronaldo Çempionlar liqasında ən yaxşısı oldu

22:11 14 Oktyabr 2016

"Real"ın forvardı Kriştiano Ronaldo  "Marca" və "La Gazzetta dello Sport" oxucuları arasında keçirilən sorğuya görə Çempionlar liqasının son mövsümünün ən yaxşısı seçilib.

31 yaşlı futbolçu turnirin bombardiri olması ilə bərabər final oyununda qələbə penaltisini də yerinə yetirmişdi. (1:1, 5:3).

"Bilirdim ki, "Real" dünyanın ən güclü komandasıdır. Lakin və Raul və Di Stefanonu ötəcəyimə inanmırdım.

Mənim motivasiyam  — dünyanın ən güclü klubunda tarixlər yazmaqdır", — deyə Ronaldo vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti