Pike Şakiranı necə tora salıb?

22:27 14 Oktyabr 2016

"Barselona"nın futbolçusu Cerard Pike həyat yoldaşı Şakira ilə tanışlığının hekayəsini anladıb. Kataloniyada yayımlanan TV3 kanalına danışan futbolçu maraqlı açıqlamalar verib.

Pike bildirib ki, 6 ildi bir yerdə olduğu və iki uşağını dünyaya gətirən kolumbiyalı ulduzla Madriddə tanış olub, münasibətləri CAR-da başlayıb: "DÇ-2010"a hazırlaşırdıq. Şakira ilə Madriddə tanış olduq. Turnirin rəsmi mahnısı olan "Waka-Waka"nın klip çəklişi idi. Hər şey CAR-da başladı. Dünya çempionatının açılış mərasimində səhnəyə çıxacaqdı. Mən də ona mesaj göndərərək hava şəraitini soruşdum.

Normal halda belə axmaq suala "Kurtkanı geyinməyi unutma cavabı verməli idi. Amma mənə həmin vaxta olan hava məlumatını göndərdi. Birmüddət sonra ona "Səni yenidən görmək üçün final oynamalıyıq" dedim. Çünki finalda da səhnəyə çıxacaqdı. Finala çıxdıq. Hazır finala çıxmışkən kuboku qazanaq dedik və qazandıq.

Demək ki, yetərincə kübar və yaraşıqlısınızsa, hava məlumatı kimi absurd bir sualla xəyallarınızın qadını ilə sevgili olmaq şansınız var".

///milli.az


Digər xəbərlər

Xəbər xətti