"Qarabağ" "kimyaçılar"ı meydanda "sürüdü"

00:50 15 Oktyabr 2016

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında II dövrəyə start verilib.  

VIII turun ikinci qarşılaşması “Qarabağ”la “Sumqayıt” arasında baş tutub.
 
Görüş ağdamlıların darmadağını ilə yekunlaşıb. Belə ki, “köhlən atlar” “kimyaçılar”ın qapısından düz 6 cavabsız qol keçirib.
 
Vüqar Nadirovun dubl etdiyi oyunda İbrahim Aslanlı, Nicat Abbasov, Ruslan Hacıyev, Şahin Əliyev hərəyə bir dəfə fərqləniblər.
 
Əvəzedicilərin çempionatı
VIII tur
 
“Qarabağ” – “Sumqayıt” – 6:0
Qollar:
Vüqar Nadirov, 4, 10; İbrahim Aslanlı, 8; Nicat Abbasov, 60; Ruslan Hacıyev, 64; Şahin Əliyev, 89


Digər xəbərlər

Xəbər xətti