Ronaldinyo yenidən "Barselona"da

13:30 15 Oktyabr 2016

“Barselona” futbol komandası və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo Kataloniya klubunda səfir vəzifəsinə gətirilir.

Təyinatla bağlı artıq “Barselona”nın prezidenti Xosep Bartomeu Ronaldinyo ilə görüşüb. Görüşdə braziliyalı ulduz rəhbərliklə kluba qayıdışı ilə bağlı müzakirələr aparıb. O, səfir vəzifəsini icra etməklə beynəlxalq arenada klubun maliyyə imkanları və imicinin daha da artmasına köməklik göstərəcək.

Xatırladaq ki, “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti