"Özümü "Fənərbaxça"da heç cür göstərə bilmədim"

11:58 16 Oktyabr 2016

"Fənərbaxça"nın böyük ümidlərlə transfer etdiyi ancaq uğursuzluğa düçar olan Miloş Krasiç İtaliya mətbuatına açıqlamalar verib.


Serbiyalı futbolçu "La Gazetta dello Sport"a "Yuventus"dan ayrıldıqdan sonra yaşadığı macəralarını danışıb:

 

"Yuventus"dan ayrıldıqdan sonra "Fənərbaxça"ya getdim. Böyük klubdur. İlk iki ay hər şey çox gözəl idi, amma sonra qasıq nahiyəmdən zədə aldım. O müddətdə kluba yeni transferlər edildi və daha sonra özümü heç cür göstərə bilmədim".


Bir il sonra "Fənərbaxça"dan "Bastiya"ya icarəyə göndərilməsindən də danışan Krasiç bu fikirləri səsləndirib:

 

"Bastiya"dan qayıtdıqdan sonra "Fənərbaxça"da heyətdən kənarda qaldım və ikinci komanda ilə çalışdım. Daha sonra Polşaya gəldim. Burada həmişəki kimi cinah olaraq deyil, hücumun mərkəzində çıxış edirəm. Hər kəs məndən "peşmansan?" deyə soruşur. Bəli, bəzən bəzi məsələlərə görə, peşmanlıq hissləri keçiriəm, amma yenə də xoşbəxtəm".


Hazırda karyerasını Polşanın Qdansk şəhərinin "Lexiya" komandasında davam etdirən Krasiç, bu mövsüm forma geyindiyi 11 matçda 1 qol vurmağı bacarıb.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2012-ci ildə 7 milyon avro qarşılığında "Yuventus"dan "Fənərbaxça"ya transfer olunmuşdu.


Xəbər xətti