La Liqada ayın ən yaxşı futbolçusu müəyyənləşib

16:54 16 Oktyabr 2016

İspaniya La Liqasında sentyabr ayının ən yaxşıları müəyyənləşib.

Ən yaxşı futbolçu adına Madridin “Atletiko” klubunun hücumçusu Antuan Qrizmann layiq görülüb. Fransalı futbolçu ötən ay La Liqada 4 oyuna 5 qol vurub.

Sentyabrın ən yaxşı baş məşqçisi isə “Atletik”in çalışdırıcısı Ernesto Valverde seçilib. Onun komandası ötən ay La Liqada keçirdiyi 4 oyunun hamısında qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti