Mourinyo bu dəfə Kloppa ilişdi: "Ondan fərqli olaraq mən..."

11:11 17 Oktyabr 2016

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə çempionatında "Liverpul"la oyundan əvvəl Yurgen Kloppun davranışına münasibət bildirib.
 
"Mən texniki zonya Kloppdan fərqli olaraq əl-qolumu yelləmək üçün deyil rəhbərlik etmək üçün çıxıram" – deyə Mourinyo qeyd edib.
 
 
Xatırladaq ki, bu Mourinyonun Kloppun komandalarına qarşı 4-cü oyunu olacaq.2013-cü ilin ÇL-nın yarımfinalında Mourinyonun rəhbərlik etdiyi "Real" "Borussiya"ya məğlub olmuşdu (1:4, 2:0). Ötən mövsüm isə "Liverpul" "Çelsi"ni məğlubiyyətə uğratmışdı 3:1.


Xəbər xətti