Üçqat dünya çempionunun qızı öldürüldü

12:14 17 Oktyabr 2016

ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb. İnsident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.

Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır. Qeyd olunur ki, Triniti Qey də yüngül atlet olub, 2015-ci ildə gənclər üzrə bir sıra sprint yarışlarının mükafatını qazanıb. (Apa)


Digər xəbərlər

Xəbər xətti