Əliyar Ağayevə növbəti Avroliqa təyinatı

13:51 17 Oktyabr 2016

Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının H qrupunda oktyabrın 20-də Konya Büyükşehir Belediyesi Stadionunda keçiriləcək “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.


Xəbər xətti