Avropa ölkələri yeni çempionat yaradır

16:11 17 Oktyabr 2016

Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni çempionat yaratmağa qərar veriblər.

 

Sportarena.az xəbər verir ki, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveç artıq məsələ ilə bağlı işə başlayıb.
 
Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlext", "Seltik", "Ayaks", PSV, "Rusenborq", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.
 
Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.(report)


Digər xəbərlər

Xəbər xətti