"Mançester Yunayted" - "Fənərbaxça" matçının hakimi məlum oldu

00:09 18 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Mançester Yunayted" - "Fənərbaxça" matçının hakim təyinatları açıqlanıb.


Sportarena.az xəbər verir ki, görüşü fransalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanının baş hakimi Benua Bastyen olacaq. Ona həməyerliləri Federik Haket və Hişam Zakrani kömək edəcək.


Qeyd edək ki, "Mançester Yunayted" - "Fənərbaxça" görüşü 20 sentyabr, Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti