Türkiyə millisinin daha bir üzvü "Borussiya"da

16:53 18 Oktyabr 2016

Dortmund “Borussiya”sı daha bir türkiyəli futbolçunu heyətinə qatır.


Sportarena.az xəbər verir ki, Türkiyə millisi və eləcə də “Bayer”in mərkəz müdafiəçisi olan Ömər Toprak dortmundlularla anlaşıb.


Razılaşmaya əsasən, “Borussiya” Leverkuzen təmsilçisinə 12 milyon avro ödəyəcək. Qış transfer müddətində yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək 27 yaşlı futbolçunun bu vaxt ərzində məvacibi ümumilikdə 25 milyon avro təşkil edəcək.


Qeyd edək ki, Türkiyə millisinin daha iki futbolçusu - Nuri Şahin və Əmrə Mor da hazırda “Borussiya”nın formasını geyinir.


Xəbər xətti