"Qəbələ" Fransaya getdi

17:26 18 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşacaq "Qəbələ" sözügedən ölkəyə yollanıb.

 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komanda 15:30-da birbaşa çarter reysi ilə Sent-Etyenə üz tutub.

 

Qeyd edək ki, bölgə klubu Fransaya itkilərlə yollanıb. Komandamızın heyətində Rəşad Sadiqov, Baqali Dabo və Nika Kvekveskiri zədəlidir.

 

Xatırladaq ki, "Sent-Etyen" - "Qəbələ" matçı 20 oktyabr, Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.


Xəbər xətti