Qurbanov rəqibini qabaqladı

18:45 18 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - PAOK qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. 


Sportarena.az xəbər verir ki, ilk olaraq jurnalistlərin önünə ağdamlıların çalışdırıcısı Qurban Qurbanov çıxacaq.
 

44 yaşlı məşqçi sabah saat 17:30-da "Azərsun Arena"nın mətbuat zalında mətbuat konfransı keçirəcək. “Qarabağ”ın oyunöncəsi son məşqi isə saat 18:00-da klubun Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 

Qonaqların baş məşqçisi Vladimir İviçin mətbuat konfransı 19:15-də Respublika stadionunun mətbuat zalında baş tutacaq. PAOK-un son məşqi isə saat 20:00-da keçiriləcək. 
 

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti