"Real"da yeni müqavilə

21:15 18 Oktyabr 2016

Madridin “Real” klubu futbolçusu Luka Modriçlə müqaviləni yeniləyib.

Müqaviləyə əsasən xorvatiyalı futbolçu 2020-ci ilə qədər kral klubunun heyətində çıxış edəcək. 31 yaşlı yarımmüdafiəçi 2012-ci ildə “Tottenhem”dən “Real”a keçib. O blankosun heyətində 7 titul qazanıb.


Xəbər xətti