"Qarabağ"a şad xəbər: rəqib itkilərlə gəlir

22:08 18 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşacaq “PAOK” klubu oyuna ciddi itkilərlə çıxacaq.

Yarımmüdafiəçi Dimitris Pelkas zədə səbəbindən Bakıda keçiriləcək görüşü buraxacaq. Bu gün müayinə olunan  22 yaşlı futbolçunun zədəsinin ciddi olduğu məlum olub. Bundan başqa, son turda “İraklis”lə oyunda zədələnən müdafiəçi Martin Leovatsın da komandamız ilə oyunu buraxacağı gözlənilir.

Qeyd edək ki, Yunanıstan “PAOK”u bu mövsüm hələki məğlub olmayıb. Oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “PAOK” matçı saat 21:00-da başlayacaq.


Xəbər xətti