Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 45-ci Assambleyasında iştirak edəcək

Sportarena.az      18 Oktyabr 2018, 23:44

Oktyabrın 19-dan 23-dək Minskdə Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci Assambleyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-un İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.

Ç.Hüseynzadə, həmçinin oktyabrın 20-də AOK İcraiyyə Şurasının iclasına qatılacaq.

Oktyabrın 21-22-də isə AOK-un Baş Assambleyası çərçivəsində “Avropa Olimpiya Dəfnəsi” mükafatı təqdim olunacaq. Tədbir çərçivəsində Dünya Anti-dopinq Agentliyinin məruzəsi təqdim ediləcək.

Bundan başqa, yeniyetmələrin 2017-ci il Ərzurum Yay Olimpiya və “Gyor-2017” Qış Olimpiya festivallarının təşkilat komitələrinin hesabat çıxışları da müzakirə olunacaq. Yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunları və 2018-ci il Buenos-Ayres Yay Olimpiya Oyunları ilə bağlı məsələlər də müzakirəyə çıxarılacaq. Həmçinin 2021-ci ildə keçiriləcək yeniyetmələrin Avropa Olimpiya Festivalına namizəd ölkələrin adları açıqlanacaq. AOK-nın 46-cı Baş Assambleyasının keçiriləcəyi ölkə də tədbirdə məlum olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin