Qvardioladan Messi ilə bağlı maraqlı açıqlama

17:26 19 Oktyabr 2016

Pep Qvardiola Lionel Messi, Luis Suares, Serxio Buskets və Neymar kimi futbolçuları "Mançester Siti"yə gətirmək istəməsi ilə bağlı xəbərlərə münasibət bildirib. 


Sportarena.az xəbər verir ki, mütəxəssis iddiaları təkzib edib.

"Bu futbolçuların heç birinə zəng etməmişəm. Messi ilə heç danışmamışam. Mənim fikrimi soruşsanız deyərəm ki, Messi karyerasını futbola başladığı "Barselona"da bitirməlidi. Amma bəlkə özü dəyişiklik istəyir. Uşaqlarının ingilis dilində danışmasını istəyər. Bunu bilmirəm. Əgər belə şey olsa, ən azı 7-8 klub onu istəyəcək".


Digər xəbərlər

Xəbər xətti