Əfran İsmayılov və Rəşad Sadıqov komandadan ayrı düşdü - FOTO

18:30 19 Oktyabr 2016

Sabah Avropa Liqasının qrup mərhələsinin III turunda PAOK-u qəbul edəcək "Qarabağ" klubu bu matça ciddi itkilərlə çıxacaq.


Sportarena.az xəbər verir ki, sözügedən matçda zədə səbəbi ilə Əfran İsmayılov və Rəşad Sadıqovun forma geyinməyəcəyi gözlənilir. Ağdam klubunun bu gün "Azərsun Arena"da keçirdiyi məşqində də hər iki futbolçu fərdi məşqlə kifayətlənməli olub.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.


Xəbər xətti