Maksim Medvedev: "Bunu "Qarabağ"da da davam etdirmək istəyirik"

18:53 19 Oktyabr 2016

“Fiorentina” ilə oyundan sonra bir neçə gün keçib. Sabahkı matçı səbirsizliklə gözləyirik”. 


Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
 

Avropa Liqasının qrup mərhələsində çıxış edən Ağdam klubu növbəti oyununu sabah öz meydanında PAOK-a qarşı keçirəcək.
 

“Qarabağ”ın müdafiəçisi matçdan öncə keçirdiyi mətbuat konfransında bu fikirləri səsləndirib: “Sonuncu oyunumuza baxanda uşaqların ürəyi və gözləri yanır ki, PAOK qarşısında özümüzü yaxşı tərəfdən göstərək. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Vuruşmağa” hazırıq. Bizi necə oyun gözlədiyini bilirik”.

 
- Millidəki ab-havanı “Qarabağ”a daşıya bilmisizmi?
- Həm millidə, həm də “Qarabağ”da bu cür vacib oyunlar öncəsi əla ab-hava olur. Motivasiya bizdə yüksək səviyyədədi. Döyüşkən ruh bizim futbolçularda var. Vuruşmağa hazırıq, özümüzə inanırıq. Millinin heyətində son görüşlərdə yaxşı nəticə əldə etmişik. Bunu “Qarabağ”da da davam etdirmək istəyirik.


Digər xəbərlər

Xəbər xətti