Malezas: "O, Azərbaycan barədə müsbət fikirlər bildirdi"

21:28 19 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq PAOK-un futbolçusu Stelios Malezas oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 

Sportarena.az xəbər verir ki, vitse-kapitan oyunla bağlı bunları deyib:

 
- Komandada ruh yüksəkliyi var. “Qarabağ”la oyunda yaxşı nəticə əldə etmək etmək niyyətindəyik.
 

- Zədədən sonra vəziyyətin nə yerdədi?
- Artıq daha yaxşıyam. Sabahkı oyuna özümü hazır sayıram.

 
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabahkı oyunda qələbənin onlara daha vacib olduğunu deyib...
- Qələbə “Qarabağ”a lazım olduğu qədər bizə də lazımdı. Rəqib yaxşı komandadı. Əlbəttə, öz meydanında yaxşı nəticə əldə etməyə çalışacaq.
 

- "Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyra “Qarabağ” barədə sizə hansı məlumatları verib?
- Onunla danışmışıq. Pereyra öz bildiklərini bizimlə bölüşüb. Ümumi olaraq, ölkə barədə müsbət fikirlər bildirib.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti