Budaq Nəsirov oynadı, "Sportinq" qələbə qazandı

01:09 20 Oktyabr 2016

Milli komandamızın üzvü Budaq Nəsirov Portuqaliyanın "Sportinq" B klubunun heyətində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, gənc yarımmüdafiəçi Portuqaliya Sequndasının XI turunda "Fremunde" ilə səfər matçında oynamaq imkanı qazanıb. Budaq matçın 65-ci dəqiqəsində - hesab 2:2 olan zaman Edu Pineyronun əvəzinə meydana daxil olub.

 

Matç isə "Sportinq" B-nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyuna aktiv qoşulan Nəsirov komandasının qələbə qazanmasında böyük rol oynayıb.

 

Xatırladaq ki, bu, Budaq Nəsirovun "Sportinq"in heyətində keçirdiyi 3-cü rəsmi matçı olub.


Digər xəbərlər

Xəbər xətti