Güləşçilərimiz Olimpiya mükafatçısının turnirində iştirak edəcək

Sportarena.az      20 Oktyabr 2018, 15:11

22-23 oktyabrda Dağıstan Respublikasında Pekin  Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçiriləcək. 

Turnirdə sərbəst güləş üzrə yığma komandanın üzvləri iştirak edəcək. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında turnirə 12 idmançımız yollanıb. 

Heyətdə Mahir Əmiraslanov, Pərviz İbrahimov, Arif Hüseynov (hamısı 57 kq), Orxan Nəsirov, Mahal Novruzov, Qüdrət Ağayev, Elçin Vəliyev, Əmrah İlyaslı (hamısı 65 kq), Cəbrayıl Həsənov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıb. 

Proqrama əsasən 57, 74 və 125 kq çəkidə idmançılar oktyabrın 22-də, 65, 86 və 97 kq çəkidə pəhləvanlar isə oktyabrın 23-də xalça üzərinə çıxacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin