"Atletiko" "Rostov"un seriyasını qırdı

17:39 20 Oktyabr 2016

İspaniyanın “Arletiko” klubu dünən Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Rusiyanın “Rostov” klubunu məğlub edib.


Sportarena.az xəbər verir ki, bu məğlubiyyət Rusiya təmsilçisinin tarixinə düşüb. Belə ki, “Rostov” doğma meydanda keçirdiyi son 26 matçın heç birində məğlub olmamışdı (18 qalibiyyət, 8 bərabərlik).  “Atletiko” dünən “Rostov”u 0:1 hesabı ilə məğlub edərək, bu uğurlu seriyanı qıra bilib.


Xatırladaq ki, “Rostov” doğma meydanda sonuncu dəfə 2015-ci il mayın 2-də “Terek”ə 0:1 hesabı ilə məğlub olmuşdu.


Xəbər xətti