Qurban Qurbanov: "Çox şükür ki, belə bir vəziyyət yaranmadı və..."

00:07 21 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ” PAOK-u qəbul edib. Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekublaşıb.

 

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

 

Çox vacib qələbə qazandıq. “Fiorentina” məğlubiyyətindən sonra üərimizdə stress çox idi. Futbolçular sonadək mübarizə apardılar. Hər birindən razı qaldım. Yaxşı komandaya qarşı oynadıq. Uzun zamandır PAOK məğlub olmurdu. Bizim üçün vacib olan onların statistikası yox, qələbə qazanmaq idi, bunu da bacardıq. Cavab oyunundan çox şey asılı olacaq. Yaxşı hazırlaşmalıyıq. Azərkeşlərimizə də təşəkkür edirəm. Bizə yaxşı dəstək oldular.  “Qəbələyə” də uğurlar arzu edirəm. Tez buraxsaz gedib onların oyununa baxacam (gülür).

 

- İkinci hissədə “Qarabağ”ın oyunu daha yaxşı alındı. Fasilədə hansı tapşırıqları verdiz?

- Hansı tapşırığı verdiyimi deyə bilmərəm. Bəzi dəyişikliklər etdik. İlk hissədə rəqib futbolçular bizim oyunçulara qarşı çox sıx oynayırdılar. Buna görə oyunumuz istədiyimiz kimi alınmırdı. Əvvəlcədən tapşırmışdım ki, səhvlərimiz az olsun. PAOK səhvlərdən rəqabətlə istifadə edən komandadır. Futbolçuların səhvləri olsa da, sonradan bunları aradan qaldıra bildilər.

 

- Gözlədiyiniz PAOK-u görə bildiz?

- Bunu daha əvvəl deməmişdim. Mən 5 gün əvvəl PAOK-un oyununu Yunanıstanda canlı izləmişdim. Çox yaxşı komanda olduqlarını bilirdim. Rəqibi yaxşı analiz etmişdik.

 

- Ehtiyat oyunçular skamyasında mərkəz müdafiəçisi yox idi. Bu riskli deyildi?

- Hər zaman istəyirik ki, heyətimiz geniş olsun. Əgər lazım olsa idi, Maksimi o mövqedə oynada bilərdim. Qara Qarayev də bəzi matçlarda mərkəz müdafiəçisi kimi oynayıb. Çox şükür ki, belə bir vəziyyət yaranmadı və buna ehtiyac olmadı.

 

- Reynaldo zədəli olmasaydı Ndlovu ehtiyatda saxlayacaqdız?

- Bu elə oyundur ki, kim daha yaxşı hazırdırsa, onu da meydana buraxacaqdım. Dino öz üzərində çox çalışır. Bu gün əsas heyətdə oynamağa layiqdi.

 

- Bizə təəccüblü gəldi sizin Yunanıstana gəlməyiniz. Bəs PAOK rəhbərliyinin xəbəri var idi?

- Bəli, rəhbərliyin xəbəri var idi. Yaxşı qarşılaşmışdılar. Onlara da təşəkkür edirəm.

 

- Sizə elə gəlmir ki, Mahir Mədətov böyük oyunlar üçün hələ hazır deyil?

- Bilmirəm kənardan necə görünür, amma mən Mahirdən tam razı qaldım. Bu gün hücumda bizə çox kömək oldu, oyunun sürətini artıra bildi. Düzdü demirəm ki, Mahirdə hər şey idealdı, amma üzərində çalışır.

 


Digər xəbərlər

Xəbər xətti